Böyük Britaniyada koronavirusa yoluxanların sayı 456-ya çatıb. Ölkədə bu virusdan 6 nəfər ölüb.
Virusa yoluxan şəxslərin 36-nın Şotlandiyada, 18-nin Şimali İrlandiyada, 15-nin Uelsdə, qalan 387-nin isə paytaxt Londonda olduğu bildirilir.
Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Nadin Doris də koronavirusa yoluxub.