Küçə musiqisi ifaçıları AzTV-də

Küçə musiqisi ifaçıları AzTV-də

7 Mart, 14:50 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Gənclik stansiyası” verilişinin bugünkü buraxılışında küçə musiqisindən bəhs olunub.

Müğənni, gitara ifaçısı Elvin Ağayev Bakıda küçə musiqiçilərinin artmasının təqdirəlayiq olduğunu deyib.

Küçə musiqisi ilə məşğul olan gənclər Elgiz Arif, Elxan Babayev və İdrak Nəbiyev qeyd ediblər ki, onlar müxtəlif musiqi alətlərində ifa ediblər.

“Daha çox toplaşdığımız yer İçərişəhər idi. Onda az sayda musiqi alətinə müraciət edirdik. Daha sonra müxtəlif improvizələr etməyə başladıq.” – deyə E.Babayev deyib.

Müğənni, gitara ifaçısı İ.Nəbiyev bildirib ki, bu işə qırıq gitarasını təmir etdirməklə başlayıb: “Kökləyə bilmirdim heç. Apardım, düzəltdirdim, sonra öyrənməyə başladım”.

Verilişdə gənclərin ifasında musiqi parçaları, maraqlı improvizasiyalar təqdim olunub.

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Lent.az İnformasiya Agentliyidir. Verilişin tam versiyasına təqdim etdiyimiz videomaterialda baxa bilərsiniz.

 

 

CANLI YAYIM