Xersonda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması müzakirə olunub

Xersonda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması müzakirə olunub

6 Mart, 16:12 Sosial mediada paylaşın:

Xerson Vilayət Dövlət Administrasiyasının sədri Yuri Qusevlə Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və “Ukrayna Azərbaycanlıları Konqresi” Xerson vilayət təşkilatının rəhbəri Əli Kərimov iştirak ediblər.

Görüşdə mümkün əməkdaşlığa dair layihələr müzakirə olunub. Tərəflər kənd təsərrüfatı, turizm və mədəniyyətin inkişafı istiqamətində iş birliyi barədə razılığa gəliblər. O cümlədən, Herson vilayətində Azərbaycan Mədəniyyət Mərkəzinin, Herson və Bakı səhərində dostluq parklarının yaradılması imkanları müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair ümidlərini ifadə ediblər.

CANLI YAYIM