Əməkdaşlarımız arasında şahmat turniri keçirilib FOTOLAR

Əməkdaşlarımız arasında şahmat turniri keçirilib FOTOLAR

19 İyul, 18:23 Sosial mediada paylaşın:

22 iyul Milli Mətbuat günü və görkəmli diktor, xalq artisti Rafiq Hüseynovun xatirəsinə həsr olunan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyətinin  əməkdaşları arasında şahmat turniri keçirilib. Televiziyanın Həmkarlar Komitəsinin təşkil ediyi yarışda 8 əməkdaş mübarizə aparıb.  

Turnirin açılış mərasimində Milli Olimpiya komitəsinin baş katibi Ağacan Abıyev, Mədəniyyət işçiləri Həmkarları İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər turnirin əhəmiyyətini yüksək qiymətləndirərək, bu cür yarışların media nümayəndələrinin asudə vaxtlarının daha səmərəli keçməsinə xidmət etdiyini bildiriblər. Milli Olimpiya komitəsinin baş katibi Ağacan Abıyev turnirin ilk rəmzi gedişini edib. Azərbaycan Televiziyası adından Milli Olimpiya komitəsinin baş katibinə xatirə hədiyyəsi təqdim olunub.   

İştirakçılar iki qrupda mübarizə aparıb. Qrup mərhələsində ilk iki yeri tutan iştirakçılar yarışın yarımfinal, daha sonra final mərhələsində çıxış ediblər.  Yarışın yekunlarına əsasən birinci yeri Rüfət Hüseynov tutub. Namiq Abdulkərimov ikinci, Turan İsmayılzadə isə 3-cü olub. Qalib və mükafatçılara Televiziyanın Həmkarlar Komitəsi tərəfindən qiymətli hədiyyələri təqdim olunub. 

CANLI YAYIM