Azərbaycan Kinqs-Linn Festivalında təmsil olunacaq

Azərbaycan Kinqs-Linn Festivalında təmsil olunacaq

18 İyul, 17:54 Sosial mediada paylaşın:

İyulun 25-i Böyük Britaniyada Kinqs-Linn Festivalının keçirilməsi nəzərdə tutulur. Ölkəmizi bu festivalda violonçel ifaçısı Camal Əliyev təmsil edəcək.  Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. Böyük Britaniyada Kinqs-Linn Festivalında isə Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək. Konsertdə L.Betxovenin və Y.Bramsın sonataları səsləndiriləcək.

CANLI YAYIM