Naxçıvanda da məktəb və bağçalarda tədris dayandırıldı

Naxçıvanda da məktəb və bağçalarda tədris dayandırıldı

3 Mart, 16:15 Sosial mediada paylaşın:

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Sözügedən qərar uşaq bağçalarına da aiddir.

CANLI YAYIM