AzTV-də efir dəyişikliyi təqdir olundu - Bədii Şuranın növbəti iclası

2 Mart, 13:10 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

İclasa sədrlik edən QSC-nin sədr müavini Rafiq Həşimov son günlər görülən işlər barədə məlumat verib. R.Həşimov daha sonra sözü Şura üzvlərinə verib. Şura üzvləri, xalq artistləri - Ramiz Quliyyev, Faiq Sücəddinov, Təranə Muradova, Mənsum İbrahimov, Mübariz Tağıyev, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist Flora Xəlilzadə, Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Çıxışlarda AzTV Bədii Şurasının bir illik fəaliyyəti yüksək qiymətləndirilib, aparılan yeniliklər, xüsusilə də efir dəyişikliyi təqdir olunub.

Daha sonra sədr müavini Rafiq Həşimov səslənən fikir və təkliflərə münasibət bildirib.