“Avroviziya-2020”də Azərbaycanı Samirə Əfəndi təmsil edəcək

“Avroviziya-2020”də Azərbaycanı Samirə Əfəndi təmsil edəcək

28 Fevral, 15:12 Sosial mediada paylaşın:

“Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb. Bu il ölkəmizi Rotterdam şəhərində Samirə Əfəndi təmsil edəcək.

Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samirə Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” və “Səs Azərbaycan” kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Təmsilçi 2017-ci ildə Almatıda “Silk Way Star” Beynəlxalq vokal televiziya layihəsində, 2019-cu ildə isə “Voice of Nur-Sultan” Beynəlxalq festivalında iştirak edib.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

CANLI YAYIM