AzTV-dən Sumqayıt hadisələri ilə bağlı yeni sənədli film: “Kod adı: Nalyotçik”

AzTV-dən Sumqayıt hadisələri ilə bağlı yeni sənədli film: “Kod adı: Nalyotçik”

28 Fevral, 12:22 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1988-ci ildə baş verən Sumqayıt hadisələri ilə bağlı sənədli film hazırlayıb.

“Kod adı: Nalyotçik” adlı sənədli filmin hazırlanmasında nadir videoarxiv materiallardan istifadə edilib, dövrün məsul şəxslərindən müsahibələr yer alıb, məxfi sənədlər araşdırılıb. Filmdə talançı qrupun rəhbəri Eduard Qriqoryanın istintaq zamanı dindirilməsini, onun günahını sübut edən nadir ifadələrlə tanış ola biləcəksiniz.

Film bu gün saat 21:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

CANLI YAYIM