Prezident üç general-leytenantı “Rəşadət” ordeni ilə təltif etdi, istefaya buraxdı

Prezident üç general-leytenantı “Rəşadət” ordeni ilə təltif etdi, istefaya buraxdı

27 Fevral, 15:12 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu, general-leytenant Xəlilov Əsgər Sabir oğlu, general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu istefaya buraxılıb.

Ölkə başçısının digər Sərəncamı ilə onlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

CANLI YAYIM