Azərbaycan Televiziyasının “Nəsimi ili” çərçivəsində növbəti layihəsi

Azərbaycan Televiziyasının “Nəsimi ili” çərçivəsində növbəti layihəsi

17 İyul, 11:46 Sosial mediada paylaşın:

“Azərbaycantelefilm”in yaradıcı heyəti növbəti dəfə çəkiliş meydançasına toplaşıb. Yaradıcılıq birliyi bu dəfə “Son gecə” filmini çəkir. Bədii televiziya filmi Azərbaycan Televiziyasının “Nəsimi ili” çərçivəsində ərsəyə gətirəcəyi növbəti layihəsidir. Filmin quruluşçu rejissorları xalq artisti Ramiz Həsənoglu və Nazim Məmmədov, quruluşçu operatoru əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Filmdə əməkdar artistlər Vidadi Əliyev, Elşən Rüstəmov, aktyor Vüsal Murtuzəliyev və başqaları pol alıb. Filmin sentyabr ayında ekranlara çıxacağı gözlənilir.

“Son gecə” filmi şair, filosof İmadəddin Nəsiminin son gecəsindən bəhs edir.

CANLI YAYIM