Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı artacaq

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı artacaq

26 Fevral, 11:17 Sosial mediada paylaşın:

“Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı artacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlətimizin başçısı müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsinin aparıldığını vurğulayıb: “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq”.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: “Bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”.

CANLI YAYIM