Çingiz Abdullayev Azərbaycan SSR Yazıçılar İttifaqının katibi olanda əsl yaşını gizlədib? - “1az TV”

Çingiz Abdullayev Azərbaycan SSR Yazıçılar İttifaqının katibi olanda əsl yaşını gizlədib? - “1az TV”

24 Fevral, 15:51 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “1az TV” verilişinin qonağı Azərbaycanın Xalq yazıçısı, detektiv yazar, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev olub.

Ç.Abdullayev hüqusşünas təhsilinin ona hazırkı işində kömək etdiyindən danışıb. Hətta övladlarının hər ikisinin də hüquqşünaslıq sahəsi üzrə təhsil aldığını, ulu babasının belə bu sahə üzrə çalışdığını deyib.

Ç.Abdullayev verilişdə maraqlı bir məqama aydınlıq gətirib. 29 yaşında Azərbaycan SSR Yazıçılar İttifaqının katibi olduğunu vurğulayan yazıçı “o vaxt deyirdilər ki, Çingiz yaşını gizlədib, onun, əslində, 39 yaşı var, 29 ola bilməz” deyə iddia irəli sürüldüyünü də xatırladıb.

Verilişi AzTV-nin rəsmi “Youtube” kanalından izləyə bilərsiniz.

CANLI YAYIM