İtaliya Prezidenti Qanlı Yanvardan danışdı: “Bu, SSRİ-dən tam ayrılma prosesinin başlanğıcını qoydu”

İtaliya Prezidenti Qanlı Yanvardan danışdı: “Bu, SSRİ-dən tam ayrılma prosesinin başlanğıcını qoydu”

21 Fevral, 16:28 Sosial mediada paylaşın:

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafəti zamanı İtaliyanın dövlət başçısı Qanlı Yanvar faciəsindən danışıb.

S.Mattarella müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycanın regionun ən inkişaf edən ölkələrindən birinə çevrildiyini deyib: “Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və yaddaşlardan heç zaman silinməyən, tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.

25 ildən çoxdur ki, mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur”.

CANLI YAYIM