Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

21 Fevral, 16:00 Sosial mediada paylaşın:

Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi geri qaytarılıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.

Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Qeyd edək ki, Ukrayna parlamentinin Xocalı soyqırımının tanınması məsələsinə baxacağı gözlənilir.