İllər keçəcək, Mirzə Babayevin səsi, bənzərsiz ifası könülləri oxşamaqda davam edəcək

İllər keçəcək, Mirzə Babayevin səsi, bənzərsiz ifası könülləri oxşamaqda davam edəcək

16 İyul, 16:14 Sosial mediada paylaşın:

Özü bu dünyadan getsə də, səsi daim yaşayacaq. Xalq Artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayev.

Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər dinləyicini öz sehrinə salır. Şövqlə ifa etdiyi  mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu. Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edən sənətkar milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb. Onun milli musiqi mədəniyyəti sahəsində xidmətləri yüksək qiymətləndirilib. Vətənin ən yüksək fəxri adlarına layiq görülüb. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Dəli Kür”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması”, “Dərviş Parisi partladır”və s.  

İllər, qərinələr keçəcək, lakin Mirzə Babayevin ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaqda davam edəcək.

 

 

CANLI YAYIM