Prezident Neftçala Rayon İcra Hakimiyyətinin başçısını vəzifədən azad edib

Prezident Neftçala Rayon İcra Hakimiyyətinin başçısını vəzifədən azad edib

20 Fevral, 19:29 Sosial mediada paylaşın:

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Xatırladaq ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirib. Məlumata görə, sözügedən şəxslərin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı cinayət işi açılıb. Tutulanlar var.

CANLI YAYIM