Prezident: “Bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır”

Prezident: “Bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır”

20 Fevral, 17:45 Sosial mediada paylaşın:

“Bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır. Həm siyasi sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat, bütün demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır”.

Bu sözləri Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşündə deyib.

Ölkə başçısı bildirib ki, səfər zamanı imzalanacaq çoxsaylı sənədlər bizim əlaqələrimizi daha da gücləndirəcək: “Onların arasında xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim.

Energetika sahəsində çox gözəl nəticələr var. Bizim birgə icra etdiyimiz Cənub Qaz Dəhlizi yekunlaşmaq üzrədir. Bizim bundan sonra əsas istəyimiz ondan ibarətdir ki, qeyri-neft sektorunda İtaliya və Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etsin”.

CANLI YAYIM