Beş məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

Beş məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral, 17:23 Sosial mediada paylaşın:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb.

İclasda müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verdiyi qeyd olunub.

MSK-nın üzvü İlham Məmmədov müraciətin araşdırıldığını və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verildiyini bildirib. O, adıçəkilən dairənin 1, 12, 14, 16 və 18 saylı məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

CANLI YAYIM