Tağıyevin heykəli tamamlanmaq üzrədir - Müəllifi ilə müsahibə

Tağıyevin heykəli tamamlanmaq üzrədir - Müəllifi ilə müsahibə

19 Fevral, 15:37 Sosial mediada paylaşın:

Milyonçu, xeyriyyəçi-mesenat, milli kadrların hazırlanmasında böyük rol oynayan Hacı Zeynalabdin Tağıyevin paytaxtın mərkəzində ucaldılacaq heykəli mart ayının ortalarında tam hazır olacaq.

Hazırda 2,5 metr hündürlüyündə olan heykəlin gil variantında son tamamlanma işləri gedir.

Buxara papaq, ənənəvi libas, təsbeh, əsa, orden və medallar... Hər bir detal üzərində incəliklə işlənilir.  İlk baxışda sadə görünə bilər. Amma bütün bunlar gərgin əməyin nəticəsidir. Uzun illərdir dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan rəssam Xanlar Əhmədov deyir ki, 2 aydan çoxdur heykəl üzərində gecə-gündüz çalışır. Bəzən gecə saat 3, bəzən də səhər 5-ə kimi.

Hacı Zeynalabdin Tağıyevin şərəfinə ucaldılacaq heykəldə hər bir məqam nəzərə alınıb.

Gil variantında icrası mümkün olmayan məqamlar isə heykəlin gips variantı hazırlanan zaman əksini tapacaq.

Onu da bildirək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirmişdi. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun hazırda üzərində işlədiyi iş fərqlənə bilib.

Sədaqət Süleyman

CANLI YAYIM