Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülür?

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülür?

18 Fevral, 14:33 Sosial mediada paylaşın:

Ölkə başçısının tapşırıqlarına əsasən, piyadaların rahat və təhlükəsiz hərəkəti, o cümlədən tıxacların aradan qaldırılması məqsədilə  kompleks tədbirlər həyata keçirilir.

Hazırda paytaxtın 10 ərazisində yeraltı və yerüstü piyada keçidləri inşa edilir. Daha 6 ünvanda isə keçidin layihələndirilməsi planlaşdırılır. Son tamamlanma işləri görülən yeraltı keçidlərdən biri də Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yerləşir. Keçidin uzunluğu giriş-çıxışları ilə birlikdə 80, eni 4,4, hündürlüyü isə 3 metrdir. Müasir tələblərə uyğun inşa edilən keçid yaxın vaxtlarda istifadəyə veriləcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5-ci kilometrliyindən başlayaraq, Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri çərçivəsində “Ekologiya postu” da söküləcək. Post bir qədər geridə yenidən inşa ediləcək. Artıq bu istiqamətdə müəyyən işlərə başlanılıb

Ərazidə tıxacın aradan qaldırılması üçün Xırdalan dairəsindəki tunel də genişləndirilir.

İşlərin iyunda tamamilə yekunlaşdırılması planlaşdırılır.

Samir Namiqoğu

CANLI YAYIM