Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.
Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.
Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.