Yol tikintisinə 4,9 milyon manat ayrılıb

17 Fevral, 17:45 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın maliyyələşməni təmin etmək tapşırılıb.