Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr Yaponiya mətbuatında

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr Yaponiya mətbuatında

17 Fevral, 13:22 Sosial mediada paylaşın:

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən panel müzakirələr Yaponiya mətbuatının da diqqətindədir.

Yaponiyanın əsas aparıcı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu Kyodo agentliyi, “Nikkey” qəzeti, “47news”, “Chunichi”, “Shikiku”, “Okinavatimes”, “Nishinippon”, “Tokyo”, “Kyoto” kimi xəbər portalları Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ilk dəfə keçirilən bu debatına xüsusi diqqət ayırıblar.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi mövzusunu Almaniyanın Münxen şəhərində keçirilən konfrans çərçivəsində ictimaiyyət qarşısında ilk dəfə müzakirə ediblər.

Bildirilir ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır. Debat zamanı Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla bildirməsi xüsusi vurğulanır. Qeyd edilir ki, münaqişənin mərhələli həllini təklif edən Azərbaycan lideri yalnız bundan sonra münasibətlərin normal hal ala biləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin Ermənistan baş nazirinin Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsi barədə təklifinin heç bir hüquqi və tarixi əsasının olmadığını bildirməsi də məqalələrdə əksini tapıb.

Yazılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salınır.

CANLI YAYIM