Sona Vəliyeva Azərbaycan Radiosunun qonağıdır

Sona Vəliyeva Azərbaycan Radiosunun qonağıdır

15 İyul, 16:26 Sosial mediada paylaşın:

RADİOANONS

 

Radiomuzun “Ədəbiyyat və incəsənət” redaksiyasının xətti ilə efirə çıxarılan “Sözdən söz” verilişinin dinləyici aiditoriyası durmadan genişlənməkdədir. Proqramın budəfəki sayının da ( 16 iyul saat 15.05) ədəbi ictimaiyyət tərəfindən  maraqla qarşılanacağına şübhə yoxdur.  Məsələ burasındadır ki,  canlı  yayımda qonağımız müstəqillik dövrü Azərbaycan poeziyasının sayılıb- seçilən nümayəndələrindən biri – istedadlı  şairə - publisist Sona Vəliyeva olacaq.

Sona xanım erkən yaşlarından – məktəb illərindən şeir yazmağa başlayıb. Amma sözə, ədəbiyyata hədsiz  tələbkarlığından kitab çıxarmağa elə də  can atmayıb: qələmini daha da cilalamaqla, yazdıqlarının üzərində dönə-dönə  işləməklə məşğul olub.

Beləcə, ilk şeirlər kitabı 2007 – ci ildə işıq üzü görüb. Sonra  “Arazbarı” adlı  şeirlər kitabı çapdan çıxıb... 2017-ci  ildə  oxucuların müzakirəsinə təqdim etdiyi “Dünya Tanrı biçimdədir” kitabı ilə, demək olar, gündəmi zəbt edib, poeziya həvəskarlarının sevimli müəllifinə çevrilib.

Bu gün  Sona Vəliyevanın  örnək şeirləri dillərdə gəzir, onlara musiqilər bəstələnir. Şeirləri ingilis, rus, fars, fin, özbək, qazax, qırğız, tatar və s. dillərə tərcümə olunmuş, neçə-neçə xarici ölkədə  (Türkiyə, İran, Rusiya, Gürcüstan və s.) şeir kitabları işıq üzü görmüşdür.

Sona Vəliyeva səmərəli  elmi fəaliyyətlə də məşğuldur.  Filologiya üzrə fəlsəfə doktorudur. O, Hüseyn Cavid irsinin araşdırılması, tədrisi və  təbliği sahəsində böyük işlər görüb və görməkdədir.

Sona xanımın jurnalistika, maarifçilik sahəsində xidmətləri də danılmazdır.  O, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin  təsisçisidir.

Əziz dinləyicilər,  şairə- publisist Sona xanım Vəliyeva şəxsiyyətini yaxından  tanımaq istəyirsinizsə, efir vaxtımızı unutmayın: 16 İyul saat 15.05. Verilişin müəllifi və aparıcısı Mahəddin Əsgərdir.

CANLI YAYIM