Sürücülük vəsiqəsinin verilməsi qaydalarında YENİLİK

Sürücülük vəsiqəsinin verilməsi qaydalarında YENİLİK

14 Fevral, 13:04 Sosial mediada paylaşın:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb. Burada quraşdırılan xususi  detektor avtomatik olaraq sürücülüyə namizədin bacarıqlarını yoxlayacaq.

Artıq yeni qaydalarla imtahan verməyə gələnlər də var.

Meydançada 4 nəqliyyat vasitəsi üzrə eyni anda imtahan vermək mümkündür. Hər bir nəqliyyat vasitəsi üzrə müvafiq hərəkət zolağı yaradılıb. Yəni, eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosikletlə imtahan vermək mümkündür.

Yenilik sürücülük vəsiqəsi almaq istəyən şəxslərlə təlimçilər arasında yarana biləcək  anlaşılmazlığı da  aradan qaldıracaq. Mütəxəssislər belə deyir.

Prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. O ki qaldı, imtahanın uğurlu olub-olmadığını müəyyən etməyə, namizəd avtomobili idarə edir, yol verdiyi səhvlər isə xususi  otaqda quraşdırılan kompüterdə öz əksini tapır. Sonda cərimə  balları müəyyənləşir. Qeyd edək ki, 99-dan yüksək cərimə balı  toplayan namizədlər imtahandan kəsilmiş hesab olunur. 

Onu da deyək ki, Bakı və Sumqayıt şəhərlərindən sonra növbəti belə meydança Gəncədə istifadəyə veriləcək. Yenilik mərhələli şəkildə bütün ölkəni əhatə edəcək. 

CANLI YAYIM