Bu xəbər ermənilərin kefinə soğan doğrayacaq

14 Fevral, 10:45 Sosial mediada paylaşın:

Ukraynanın idman həyatına dair bu xəbər ermənilərin kefinə soğan doğrayacaq.

Belə ki, bu yaxınlarda Ukraynanın Zaporijya şəhərində “Xankendi-Aze” adlı həvəskar futbol klubu yaradılıb.

Bu barədə xəbər verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov klubu azərbaycanlı gənclərin təsis etdiklərini diqqətə çatdırıb.

“UABD-nin sponsorluq dəstəyi verdiyi ”Xankendi-Aze” klubunun prezidenti Turxan Seyidlidir. Klubun adı Dağlıq Qarabağ həqiqətlərini Ukrayna ictimaiyyətinə daha geniş çatdırmaq üçün bu cür seçilib.

Fevralın 9-da “Xankendi-Aze” ilə “Alyans” komandası arasında görüş keçirilib və oyun 2-2 hesabı ilə başa çatıb. Bu, yeni komandanın keçirdiyi sayca üçüncü görüşdür.

"UABD gənclərimizin irəli sürdüyü vətənpərvərlik ruhunda olan layihələri daim dəstəkləyir. İnanıram ki, “Xankendi-Aze” özünü göstərərək diqqətləri cəlb edəcək” – deyə diaspor rəhbəri vurğulayıb.