Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

14 Fevral, 10:44 Sosial mediada paylaşın:

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağbulaq kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Acarlı, Mərzili, Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

CANLI YAYIM