Prezident məşğulluq strategiyası ilə bağlı Sərəncam imzaladı

13 Fevral, 17:50 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək və nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə isə həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.