Regionlardakı avtovağzallarda onlayn bilet satışına başlanılacaq

Regionlardakı avtovağzallarda onlayn bilet satışına başlanılacaq

13 Fevral, 15:07 Sosial mediada paylaşın:

Yaxın vaxtlarda regionlarda rəsmi sənədi olmadan fəaliyyət göstərən avtovağzalların sənədləşdirilməsi işlərinə başlanılacaq. Bəzi avtovağzallara isə tələblərə uyğun fəaliyyət göstərmədiyinə görə xəbərdalıq edilib. Eyni zamanda regionlardakı avtovağzallarda biletlərin onlayn satışına da  başlanılacaq.

Düzdür, sistemin qurulması müəyyən vaxt müddətində nəzərdə tutulub. Amma sistem bir neçə alt sistemləri özündə birləşdirir ki, o da mərhələli formada həyata keçiriləcək.

Yeniliklərin tətbiqi üçün müstəqil fəaliyyət göstərən avtovağzalların fəaliyyətinin rəsmiləşdirilməsi vacibdir. Çünki yalnız qeydiyyatda olan, yəni sənədləşdirilmiş avtovağzallarda elektronlaşdırılma mümkündür. Ölkədə təxminən 56 avtovağzal - avtostansiya mövcuddur ki, bunların da 40-a yaxını sənədləşdirilib. 10 avtovağzalın sənədlərinin hazırlanması istiqamətində də işlər aparılır. 6-sına isə tələblərə uyğun fəaliyyət göstərməsi ilə bağlı xəbərdarlıq edilib. 

Martın 1-dən etibarən regionlardakı avtovağzalların tələblərə uyğun fəaliyyət göstərməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən monitorinqlərə başlanılacaq.

Samir Namiqoğlu

CANLI YAYIM