Turistlər Qubanın ucqar kəndlərində - REPORTAJ

Turistlər Qubanın ucqar kəndlərində -REPORTAJ

11 Fevral, 16:52 Sosial mediada paylaşın:

Son günlər ölkəmizin demək olar ki, bütün bölgələrinə qar yağıb. Elə bu səbəbdən də qış fəslinin ən gözəl hiss olunduğu şimal bölgəsi bu qarlı günlərdə yerli və xarici turistlərin daha çox üz tutdu məkanlar sırasındadır. 

Quba əsrarəngiz qış mənzərəsinin dadını çıxarmaq istəyənlərin ən sevimli ünvanıdır. Ən az yazı, yayı qədər qışı da gözəl olur bu məkanın. Son zamanlarda qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü rayonun bəzi ərazilərində qarın hündürlüyü hətta 50 santimetrə çatır. Paytaxta ən yaxın turizm məkanlarından sayılan Qubada yol infrastrukturunun müasir üslubda qurulması da füsunkar təbiəti görmək istəyənlərin işini asanlaşdırır.

Həyata keçirilən infrastruktur layihələri nəticəsində rayon mərkəzindən uzaq yaşayış məntəqələrində belə müasir istirahət mərkəzləri fəaliyyət göstərir. İndi rayonun Xınalıq, Qonaqkənd, Buduq, Qrız və Yerfi kimi ucqar kəndlərində dünyanın hər yerindən turistlərə rast gəlmək mümkündür.

Şimal zonasına səfər edənlərə 7 istiqamət  üzrə turizm marşrutları təklif olunur. Qəçrəş, Quba və Xınalıq istiqamətləri isə bura səfər edənlərin daha çox üz tutduqları məkanlardır. 51 mehmanxananın fəaliyyət göstərdiyi rayonda hazırda 10-a yaxın yeni turizm obyektinin tikintisi davam etdirilir. Bütün bunlar isə gələcək illərdə  bölgənin turizm potensialının artmasına imkan yaradacaq.

Elnur Teymurov

 

CANLI YAYIM