Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı mərkəzlərinə ümumilikdə 75 367 vətəndaş müraciət edib.
Müraciətlərin 58 355-i sosial müdafiə, 3 636-sı əlillik, 9 607-si məşğulluq, 301-i əmək münasibətləri, 3 465-i isə nazirliyin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi sahəsinə aid olub. Mərkəzə üz tutan vətəndaşların 49 808-i Bakının bir sıra rayonlarını, 6 192-si ölkənin müxtəlif bölgələrini təmsil ediblər.
Fəaliyyəti müddətində mərkəzlərdə 30 998 vətəndaş monitorinqə cəlb olunub. Onlardan 95,7 faizi xidmətdən razı qaldığını bildiriblər.