Prezidentin açılışında iştirak etdiyi “Dübəndi” yarımstansiyasından REPORTAJ

Prezidentin açılışında iştirak etdiyi “Dübəndi” yarımstansiyasındanREPORTAJ

11 Fevral, 14:12 Sosial mediada paylaşın:

Xəbər verildiyi ki, Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasının açılışı olub.

1953-cü ildə istifadəyə verildiyindən istismar müddətini keçən və avadanlığı ifrat yükləndiyindən sistemdə qəza vəziyyətinin yaranması təhlükəsi olan “Dübəndi” yarımstansiyasında tez-tez qısaqapanmalar olurdu. Eyni zamanda uzunmüddətli istismar edilən idarəetmə, rele mühafizəsi, binanın yararsız hala düşməsi kritik vəziyyət yaratmışdı. Buna görə də 67 il əvvəl istismara verilən açıq tipli “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan təlabatını qarşılamaq, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yarımstansiyanın transformatorları daha güclü və yeni transformatorlarla əvəzlənib. Güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib.

Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkını, qaçqın və məcburi köçkün şəhərciyini, kabel zavodunu, “Zirə Ekopark” kompleksini və digər yerlərin enerji təchizatını təmin edəcək.

Son illərdə ölkə ərazisində əhalinin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər reallaşdırılır. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işlərinin aparılması və generasiya gücü, təqribən, 350-400 meqavat olan yeni böyük elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

Vəfa Ağabalayeva

CANLI YAYIM