DYP sürücülərə və piyadalara müraciət etdi

DYP sürücülərə və piyadalara müraciət etdi

11 Fevral, 11:46 Sosial mediada paylaşın:

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarədən bildiriblər ki, son günlər ölkənin əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsi, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə sürücülərə xüsusilə körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, təcrübəsi az olanların bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun gəlməyən avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə edilir.

Piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilən yerlərdən keçmələri, yolun hərəkət hissəsi ilə piyada getməmələri tövsiyə olunur.

 

CANLI YAYIM