Bölgədə tərəqqiyə nail olmaq üçün regional münaqişələr həll olunmalıdır

Bölgədə tərəqqiyə nail olmaq üçün regional münaqişələr həll olunmalıdır

12 İyul, 10:47 Sosial mediada paylaşın:

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan ilə Ermənistan arasında hər hansı bir əməkdaşlığın qurulmasına çalışır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, bu məsələyə obyektiv yanaşmaq lazımdır. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdikcə bu ölkə ilə Azərbaycanın hər hansı bir əməkdaşlığı ola bilməz.

M.Məmməd-Quliyev deyib ki, regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq.

“Ona görə də, ilk növbədə münaqişələr həll olunmalı, dövlətlərin ərazi bütövlüyü bərpa edilməlidir” - deyə, nazir müavini bildirib.

CANLI YAYIM