“Mərmərə Qrupu” parlament seçkilərini müşahidə edəcək

“Mərmərə Qrupu” parlament seçkilərini müşahidə edəcək

26 Yanvar, 13:27 Sosial mediada paylaşın:

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi fevralın 9-da Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak edəcək.

Bu barədə məlumat verən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, seçkilərdə bu missiya ilə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasından onlara dəvət göndərilib. Vəqf seçkilərdə professor Akkan Suver və qrupun digər üzvlərindən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

Professor əminliklə bildirib ki, Azərbaycan bu seçkilərlə demokratiya istiqamətində daha bir mühüm addım atacaqdır.

CANLI YAYIM