"İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir."
AZTV.AZ-ın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin iki ölkə arasında sülh yolu ilə həllini istəyir. Səfir həmçinin qeyd edib ki, İsrail ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. İki ölkə arasında əldə olunan hər bir ortaq saziş İsrail təfindən dəstəklənəcək.
Rəna Ağayeva