Azərbaycan Televiziyasının “Tarixin izi ilə” verilişinin 23 yanvar buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunub.
Bu gün 13:00-da efirə gedəcək verilişin qonaqları tarix elmləri doktoru Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktorları Nazim Mustafa və Əziz Borandır.
Verilişdə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Məmmədhəsən Hacınskinin obrazları canlandırılıb.