Tıxacı azaldacaq daha bir yolun inşası başa çatmaq üzrədir

Tıxacı azaldacaq daha bir yolun inşası başa çatmaq üzrədir

22 Yanvar, 12:35 Sosial mediada paylaşın:

Paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək, sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək daha bir yeni yolda tikinti işləri aparılır. Söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir.

Tikintisi aparılan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1,2 km-dir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrdir. Layihəyə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan başqa, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,8 metr enində yeni piyada səkiləri inşa edilir.

Bu yolun tikintisi ilə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

İşlərin yaxın günlərdə yekunlaşdırılması planşadırılıb. Layihənin sonuncu mərhələsində 4 nöqtədə avtobus dayanacağının, həmçinin işıqlandırma sisteminin quraşdırıması nəzərdə tutulub.

 

CANLI YAYIM