Prezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşüb

Prezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşüb

22 Yanvar, 11:12 Sosial mediada paylaşın:

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

CANLI YAYIM