Satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsinin detalları açıqlanıb

Satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsinin detalları açıqlanıb

21 Yanvar, 17:28 Sosial mediada paylaşın:

Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır.

Satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb. İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i paytaxtın Nizami, 40-ı Xətai rayonlarında, 58-i Xırdalan şəhərində, 25-i isə Sumqayıtda yerləşir.

Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayə evlərin aylıq ödənişləri barədə məlumatlar isə yaxın zamanlarda elan ediləcək.

CANLI YAYIM