Azərbaycanın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB

Azərbaycanın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir -YENİLƏNİB

21 Yanvar, 14:45 Sosial mediada paylaşın:

Yanvarın 21-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

***

Gürcüstanda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzində Heydər Əliyev adına Parkı ziyarət edib.

Nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.

 

CANLI YAYIM