Abşeronda temperatur 0 dərəcəyədək düşəcək

Abşeronda temperatur 0 dərəcəyədək düşəcək

20 Yanvar, 14:23 Sosial mediada paylaşın:

Azərbaycanda yanvarın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 7-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

CANLI YAYIM