AzTV-dən daha bir yeni layihə: 20 Yanvar qırğını dənizçilərin şahidliyi ilə - VİDEO

AzTV-dən daha bir yeni layihə: 20 Yanvar qırğını dənizçilərin şahidliyi ilə -VİDEO

19 Yanvar, 12:50 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bədii və sənədli filmlər studiyası 1990-cı il SSRİ hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınla bağlı “Bir dəniz hünər” adlı sənədli film çəkib.

Sənədli filmin ana xəttini Xəzər Dəniz Neft Donanması dənizçilərinin 1990-cı il 20-22 yanvar tarixlərində Sovet hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı cəza əməliyyatına etiraz edərək Bakı buxtasını sovet hərbi gəmilərinin üzünə bağlaması təşkil edir.

Ekran əsərinin ssenari müəllifi Seymur Şahbazov, rejissoru Anaxanım Abdullayevadır. Studiyanın rəhbəri isə Xalq artisti Ramiz Həsənoğludur.

Film 20 yanvar tarixində saat 21:00-da AzTV-də yayımlanacaq.

Xatırladaq ki, bu il 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.

CANLI YAYIM