Azərbaycan iqtisadi göstəricilərinə görə 61-cidir

Azərbaycan iqtisadi göstəricilərinə görə 61-cidir

16 Yanvar, 15:24 Sosial mediada paylaşın:

ABŞ-ın “US News and World Report” jurnalının tərtib etdiyi reytinqdə Azərbaycan iqtisadi göstəricilərinə görə 61-ci pillədə qərarlaşıb. Ölkəmiz əvvəlki reytinqlə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.

Reytinqin tərtibatçıları siyasi, iqtisadi, sosial, mədəniyyət, turizm və digər sahələr olmaqla 20 parametr üzrə təhlillər aparıblar.

Azərbaycan “Biznesə başlamaq” reytinqində 5 pillə irəliləyərək 57-ci, “Sahibkarlığın inkişaf səviyyəsi” üzrə siyahıda isə 11 pillə yüksələrək 64-cü yerdə qərarlaşıb.

Reytinq “US News & World Report”, “BAV Consulting” konsaltinq şirkəti və Pensilvaniya Universiteti tərəfindən tərtib olunub.

Xatırladaq ki, 2016-cı ildəki reytinqdə Azərbaycan 60 ölkə arasında 53-cü, 2017-ci ildə 80 ölkə arasında 69-cu, 2018-ci ildə 64-cü, ötən il isə 70-ci yeri tutub.

CANLI YAYIM