Piyada keçidlərində təmir və təmizlik işləri aparılır - REPORTAJ

Piyada keçidlərində təmir və təmizlik işləri aparılır -REPORTAJ

14 Yanvar, 17:14 Sosial mediada paylaşın:

İlin əvəlindən yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorlarının yerindəcə təmirinə başlanılıb. Həmçinin yağıntılı hava şəraitində avtomobil tunellərində və yeraltı piyada keçidlərində yığılan suyu kənarlaşdırmaq məqsədilə təmizlik işləri aparılıb.

Belə ki, 2019-cu ildə yeraltı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb. 2020-ci ilin əvvəlindən “Azneft” dairəsi və “Sahil” metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda analoji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

Yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorlarının təmiri yerində mümkün olduğu təqdirdə təmir briqadaları onları qısa müddətdə işlək vəziyyətə gətirir. Təmir mümkün deyilsə, ehtiyat hissələri xaricdən sifariş olunur. Sifariş çatdırılan kimi eskalatorlar təmir edilir.

Həmçinin yağıntılı hava şəraitində avtomobil tunellərində və yeraltı piyada keçidlərində yığılan suyun kənarlaşdırılması məqsədilə təmizlik işləri aparılıb.

Paytaxtda mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və daxilində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.

Vəfa Ağabalayeva

CANLI YAYIM