DYP əməkdaşlarına yeni uniforma verildi - Nə ilə fərqlənir?

DYP əməkdaşlarına yeni uniforma verildi - Nə ilə fərqlənir?

14 Yanvar, 17:00 Sosial mediada paylaşın:

Dövlət Yol Polisi əməkdaşlarına yeni xidməti uniformalar təqdim edilib. Polislərimizin yeni formaları dünya təcrübəsinə əsasən hazırlanıb.

Bəs bu geyimlər əvvəlkindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

Bu formalar görünüşcə səliqəli, müasir və xidmət aparmaq üçün daha rahatdır.

Özəlliklərindən biri də onun işıqqaytarıcı elementlərdən ibarət olmasıdır. Belə ki, formanın önü, arxası, yan tərəfləri sarı və ağ rənglərdədir. Bu da sutkanın istənilən vaxtı həm sürücülər, həm də polislər üçün əlverişlidir.

Ekspertlərin fikirincə, bu formalardakı elementlər sürücülərin daha məsuliyyətli və diqqətli olmağına səbəb olacaq.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı yeni geyim formalarını təqdirəlayiq hesab edir.

Hələlik Bakı şəhərini əhatə edən bu yenilik yaxın günlərdə regionlarda da tətbiq ediləcək.

Samir Namiqoğlu

CANLI YAYIM