Bu gün “Hədəf”imizdə icbari tibbi sığorta məsələsidir

Bu gün “Hədəf”imizdə icbari tibbi sığorta məsələsidir

14 Yanvar, 16:30 Sosial mediada paylaşın:

“Elə xəstəxanalarımız var ki, günlük müraciət sayı 2000 nəfərdir. Belə bir yükün altına girməyimizə baxmayaraq, onun öhdəsindən müvəffəqiyyətlə gəlirik”.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Azərbaycan Televiziyasının “Hədəf” verilişində deyib.

Ş.Eyvazov qeyd edib ki, vətəndaş tək şəxsiyyət vəsiqəsini təqdim etməklə tibbi xidmət əldə edir. Bundan başqa, qeydiyyat sistemi tam hazır vəziyyətə gətirilib deyə heç bir problem yaşanmır: “Xəstəxanaların tibbi təchizatı, dərmanlarla təchiz olunması da yüksək səviyyədədir. Buna görə də gündəlik müayinələr, əməliyyatlar lazımi qaydada icra olunur”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Sığorta Departamentinin Direktoru Səbinə Quliyeva isə qeyd edib ki, xidmətlər zərfinə çoxlu sayda xidmətlər daxildir: “Onların sırasında ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator tibbi xidmət, stasionar tibbi yardım xidməti daxildir”.

CANLI YAYIM