Qəbələ “ASAN xidmət” mərkəzinə 182 mindən artıq müraciət qeydə alınıb

Qəbələ “ASAN xidmət” mərkəzinə 182 mindən artıq müraciət qeydə alınıb

14 Yanvar, 15:52 Sosial mediada paylaşın:

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq... Azərbaycan brendi olan ASAN xidmət mərkəzləri bu prinsiplərlə işləyərək vətəndaşların dövlət xidmətlərindən istifadəsini asanlaşdırır. Hazırda 11-i bölgələrdə olmaqla ölkə üzrə 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Qəbələ regional “ASAN xidmət” mərkəzində ötən il vətəndaşların 182 mindən artıq müraciəti qeydə alınıb. Müraciətlərə uyğun olaraq onlara təxminən 320 növ xidmət göstərilib.

Ədliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri burada vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər.

Mərkəzdə könüllülərlə iş üzrə müxtəlif layihələr həyata keçirilir. Bu isə onlara iş vərdişləri aşılamaqla vətəndaşlarla ünsiyyət qurmaq bacarığı formalaşdırır. Bu da gələcək karyeraları üçün çox vacibdir.

Qəbələ regional “ASAN xidmət” mərkəzində həmçinin funksional yardımçı xidmətlər, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər də təşkil edilir. 

 

CANLI YAYIM