Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentinə təbrik məktubu göndərib

13 Yanvar, 18:04 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

Məktubda dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. Prezident İlham Əliyev inandığını bildirib ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Prezident İlham Əliyev Prezident Zoran Milanoviçə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

CANLI YAYIM